Kanadanın Marxam şəhərinə yerləşən məscidə daxil olaraq müqəddəs “Quran” kitabını cıran, müsəlmanları təhqir edən və onların üzərinə avtomobil sürən şəxs tutulub.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Kanada polisi məlumat yayıb.
28 yaşlı Şaran Karunakaranın Torontoda həbs edildiyi bildirilir. O, hədələmə və təhlükəli avtomobil sürməkdə ittiham olunur. Şübhəli şəxs bu həftə məhkəmə qarşısına çıxarılacaq.
Kanada rəsmiləri və ölkənin müsəlman icması məscidə hücumu qınayıb.