ABS

ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Florida” sualtı qayığını Yaxın Şərqdə yerləşdirilməsi İranı çəkindirmək və dünyanın ən işlək gəmi yollarından birini sabit saxlamaq üçün nəzərdə tutulub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“154 ədəd “Tomahawk” qanadlı raket daşıya bilən sualtı qayıq aprelin 6-da bölgəyə daxil olub və aprelin 7-də Süveyş kanalını keçməyə başlayıb. Son hadisələr, o cümlədən Suriyadakı zərbələr və İranın ticarət gəmilərinə açıq təhdidləri bizi ayıq-sayıq olmağa vadar etdi”, – məlumatda deyilir.

Paylaş: