“Qərb ölkələri sanksiyalar, tariflər və ticarət blokadasından dünya çoxluğuna daxil olan dövlətlərə qarşı təzyiq vasitəsi kimi fəal istifadə edirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, Rusiyaya qarşı 30 mindən çox qanunsuz birtərəfli məhdudlaşdırıcı tədbir tətbiq edilib.
Medvedev vurğulayıb ki, sanksiyalar Rusiyanı sındıra bilməz, çünki ölkənin iqtisadi potensialı nəhəngdir.
“Rusiya necə var idisə, elə də qalır və bu 30 min tədbirin təzyiqi altında belə inkişaf edir. Lakin bu faktın özü çox şeydən xəbər verir”, – deyə siyasətçi “Millətlərin azadlığı naminə!” hərəkatının daimi komitəsinin iclasında bildirib.
Əliyar Xəlil
Globalinfo.az