netanyahu 1 900x563 1

İsrail Baş naziri Benyamin Netanyahu İran və onun müttəfiqlərinin yəhudi dövlətində keçiriləcək seçkiləri pozmağa və ölkəyə hücumlar təşkil etməyə cəhd göstərə biləcəyini deyib.

Globalinfo.az xəbər verir ki, Təl-Əvivin bu istiqamətdə kəşfiyyat məlumatlarına malik olduğunu qeyd edən Netanyahu İsrail ordusunun həm müdafiə, həm də hücum əməliyyatlarına tam hazır olduğunu vurğulayıb.

Baş nazir qarşı tərəfə sərt xəbərdarlıq edib:

“Bizi sınağa çəkməyin, əks halda qeyri-mütənasib itkilərlə üzləşəcəksiniz”.

Xatırladaq ki, daha əvvəl “Axios” nəşri Netanyahu və ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni bir hərbi əməliyyatın keçirilməsinə yaşıl işıq yandırdığı barədə məlumat yaymışdı.

Tahir Turan
Globalinfo.az

 

Paylaş: