Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Türk Dövlətləri Təşkilatının (TDT) oktyabrın 29-30-da keçiriləcək sammitinin uğurlu olacağını bildirib.
Globalinfo.az xəbər verir ki, politoloq bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın vəzifəsindən azad edilməsindən sonra paylaşım edib.
“Türk Dövlətləri Təşkilatının 29-30 oktyabr tarixlərində keçiriləcək sammiti uğurlu olacaq!” – deyə Tofiq Zülfüqarov yazıb.
Xatırladaq ki, Oqtay Saral Prezident R.T.Ərdoğanın tələbi ilə bu gün istefa verib.
Qeyd edək ki, R.T.Ərdoğan 21 oktyabrda Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, onu Ankarada keçiriləcək TDT sammitinə şəxsən dəvət etmişdi.
Əliyar Xəlil
Globalinfo.az