“Avropa ölkələrinin hakimiyyətləri kütləvi iğtişaşların səbəblərini araşdırmağa çalışmır, əvəzində günahkarları öz dövlətlərinin hüdudlarından kənarda axtarmağa üstünlük verirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.
Rusiya lideri hesab edir ki, bəzi Avropa rəhbərlərinin bu cür reaksiyası onların zəifliyindən xəbər verir.
“Bu, onlar üçün pisdir. Niyə? Çünki baş verən hadisələri təhlil etmir, mövcud vəziyyətin səbəblərini araşdırmırlar. Sadəcə, günahı kiminsə üzərinə atırlar. Əvvəl ABŞ-ı, indi isə Rusiyanı günahlandırırlar”, – Putin bildirib.
Dövlət başçısı diqqətə çatdırıb ki, əvvəlcə Avropa ölkələrində etirazları ABŞ-ın hazırkı administrasiyasının siyasəti ilə əlaqələndirməyə çalışıblar.
Məsələn, kütləvi aksiyaların ABŞ-ın sağçı partiya və hərəkatlara dəstəyinin nəticəsi olduğu barədə ehtimallar səsləndirilib.
Putinin sözlərinə görə, sonradan ittihamlar Moskvaya yönəlib.
Rusiya Prezidenti hesab edir ki, siyasətçilər bu yolla öz ölkələrində baş verənlərə görə məsuliyyətdən yayınırlar.
Vəziyyəti təhlil etmək və həll yolları axtarmaq əvəzinə, günahı xarici qüvvələrin üzərinə atırlar.
Qeyd edək ki, oktyabrın 24-də Fransada yüz minlərlə insan etiraz aksiyalarına çıxıb.
Əliyar Xəlil
Globalinfo.az