“Son illərdə Rusiya ilə Norveç arasında ikitərəfli münasibətlər pisləşib”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik oktyabrın 25-də Sovet Ordusunun 1944-cü ildə Norveçin şimal-şərqini nasist işğalından azad etməsinin ildönümünü xatırladıb.
Bildirilib ki, Norveçin Kirkenes şəhərində Sovet əsgərinin abidəsi önündə anım mərasimi keçirilir.
Rusiya XİN Norveç xalqının ölkənin azad edilməsinə və müharibədən sonra bərpasına göstərilən yardıma görə minnətdarlığını qeyd edib.
Nazirlik vurğulayıb ki, Moskva ilə Oslo arasında münasibətlərin pisləşməsi və Norveçin Rusiyaya qarşı siyasəti fonunda ortaq tarixi yaddaşın qorunması xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, daha əvvəl Norveç Ukraynanın “Naftoqaz” şirkətinin iddiası əsasında “Professor Molçanov” gəmisini həbs edib.
Əliyar Xəlil
Globalinfo.az