6add002d7fc9f6add002d7fca017928683976add002d7fc9d6add002d7fc9e

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanıldıqdan sonra Azərbaycana qayıdıb.

Globalinfo.Az APA-ya istinadən xəbər verir ki, hava limanında jurnalistlərin suallarını cavablandıran İbad Hüseynov baş verənlər barədə dərhal Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verdiyini deyib.

“Səfirliyimiz operativ şəkildə müdaxilə etdi. Səfirliyin və nümayəndələrimizin dəstəyi ilə oradan çıxarılaraq səfirliyə aparıldım və lazımi tədbirlər görüldü”, – o deyib.

İbad Hüseynov saxlanılmasının səbəbini soruşsa da, ona heç bir açıqlama verilmədiyini deyib.

Paylaş: