Türkiyə vətəndaşı Gürcüstanın Sarpi sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzərindən təxminən 100 qram kokain aşkar edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Türkiyə vətəndaşı olan bir kişinin üzərində axtarış aparılarkən narkotik maddə aşkar edilib. Xüsusi əməliyyat Acarıstan Kriminal Polisinin əməkdaşları və Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Xidmətinin Gömrük Departamentinin nümayəndələri tərəfindən həyata keçirilib.
Saxlanılan şəxs külli miqdarda narkotik maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və ölkəyə idxal etməkdə şübhəli bilinir. İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə araşdırma aparılır.
Əgər günahı sübut olunarsa, həmin şəxsi 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası gözləyir.
Əliyar Xəlil
Globalinfo.az