
Amerikanın “Nvidia” korporasiyasının həmtəsisçisi, prezidenti və baş icraçı direktoru Censen Huanq Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı ölkəni fiziki süni intellekt (Physical AI) üzrə qlobal mərkəzə çevirməyi təklif edib.
Globalinfo.az xəbər verir ki, Huanq Qazaxıstanın “Süni İntellekt Milləti” (AI Nation) olmaq istiqamətindəki strateji hədəflərini yüksək qiymətləndirib.
O, bu texnologiyanın inkişafı üçün ölkənin zəngin enerji resurslarına, habelə elm və riyaziyyat sahəsində ixtisaslaşmış kadr potensialına ehtiyac olduğunu vurğulayaraq, Qazaxıstanın bu istiqamətdə böyük üstünlüklərə malik olduğunu qeyd edib.
“Nvidia”nın baş direktoru mövcud əməkdaşlığın nəticələrini yekunlaşdıraraq “Firebird AI KZ Ltd” və “Kazakhtelecom” kimi Qazaxıstan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinə toxunub.
Tahir Turan
Globalinfo.az