sUBAT2023 kiev1 900x600 1

Ağ Evin Kommunikasiyalar üzrə direktoru Stiven Çun Rusiya və Ukrayna arasında əldə olunmuş lokal atəşkəslə bağlı məlumat yayıb.

Globalinfo.az xəbər verir ki, o, “X” sosial media platformasında etdiyi paylaşımda bu razılaşmanı sülhə doğru atılmış vacib addım kimi qiymətləndirib.

Çunun bildirdiyinə görə, ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi sayəsində Rusiya və Ukrayna oktyabrın 29-da qüvvəyə minəcək yerli atəşkəs barədə razılığa gəliblər.

Müqaviləyə əsasən, hər iki tərəf Xerson vilayətinin Oleşki şəhərində humanitar yardımın çatdırılmasına imkan yaratmaq üçün bütün hərbi əməliyyatları müvəqqəti olaraq dayandıracaq.

Stiven Çun birinci xanımın təşəbbüsünü yüksək qiymətləndirərək, tarixin onun köməyə ehtiyacı olan insanlara yardım etmək üçün göstərdiyi yorulmaz səyləri unutmayacağını vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: