
Fransa çempionatının 8-ci turu çərçivəsində keçirilməsi nəzərdə tutulan PSJ – “Lion” oyununun tarixi dəyişdirilib.
Globalinfo.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqası qarşılaşmanın ölkədə baş verən iğtişaşlar səbəbindən təxirə salındığını açıqlayıb.
Oktyabrın 25-də keçirilməsi planlaşdırılan matç oktyabrın 26-na təyin edilib.
Qeyd edək ki, çempionatın 7 turundan sonra hər iki komandanın aktivində 14 xal var. “Lion” turnir cədvəlinə başçılıq edir, PSJ isə ikinci pillədə qərarlaşıb.
Əliyar Xəlil,