
Ukraynanın kütləvi dron hücumu səbəbindən Moskvaya enə bilməyən dünyanın ən böyük sərnişin təyyarəsi Domodedovo hava limanına eniş edib.
Globalinfo.az Apa-ya istinadla xəbər verir ki, Dubaydan Moskvaya uçan Airbus A380 təyyarəsi Penza vilayəti üzərində bir saatdan çox dövriyyə vurandan sonra Domodedovo hava limanına enib.
***19:30
Dubaydan Moskvaya uçan Airbus A380 sərnişin təyyarəsi Domodedovo hava limanına eniş edə bilmədiyi üçün Penza vilayətinin səmasında dövrə vurur.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV xəbər yayıb.
Məlumata əsasən, son bir neçə saat ərzində Ukrayna ordusu Moskva aeroportlarını dronlarla hədəfə alıb. Bundan sonra Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi — “Rosaviasiya” Moskvanın hava məkanını tamamilə bağlayıb.
Nəticədə paytaxtın bütün hava limanlarında təyyarələrin uçuş və enişinə məhdudiyyətlər tətbiq olunub.