eli esedov 44

Nazirlər Kabineti “Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası”nı təsdqilıəyib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qayda “Texniki tənzimləmə haqqında” qanunun 13.11-ci maddəsinə uyğun olaraq texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydalarını müəyyən edir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə birbaşa tanınma nəzərdə tutulduğu hallar istisna olmaqla, xarici mənşəli uyğunluq sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq onların həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu müəyyən edilməklə tanınır. Beynəlxalq müqavilədə nəzərdə tutulmuş birbaşa tanınma hallarında təsərrüfat subyekti tərəfindən xarici mənşəli uyğunluq sənədi uyğunluğu qiymətləndirən qurumlara deyil, bilavasitə gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına təqdim edilir.

Xarici mənşəli uyğunluq sənədləri bu Qayda ilə müəyyən edilmiş qaydada tanınmadıqda və ya bu cür sənədlər olmadıqda, təsərrüfat subyekti həmin malların idxalından əvvəl onların müvafiq milli texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsini təmin etməlidir.

Qayda Azərbaycan Respublikasına idxal edilən barəsində milli texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul olunmuş mallara şamil edilir.

Tanınma uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.

Tanınmış xarici mənşəli uyğunluq sənədləri həmin sənədlərdə qeyd olunan mal vahidinə, mal partiyasına və ya seriyalı istehsala şamil edilir.

X X X

Nazirlər Kabineti “İxrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin Siyahısı”nı təsdiq edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərar 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və 2036-cı il dekabrın 31-nə qədər qüvvədədir.

X X X

Nazirlər Kabineti (NK) “İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunmadığı əməliyyatların və şəxslərin Siyahısı”nı təsdiq edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərar 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və 2031-ci il dekabrın 31-nə qədər qüvvədədir.

X X X

Nazirlər Kabineti “İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası”nı təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bu qərar 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və 2036-cı il sentyabrın 30-na qədər həyata keçiriləcək ixrac və daxili daşımalara münasibətdə tətbiq olunmaqla 2036-cı il dekabrın 31-nə qədər qüvvədədir.

Qayda “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 9 iyun 2026-cı il tarixli 681 nömrəli fərmanına uyğun olaraq hazırlanıb. Qaydada istifadə olunan anlayışlar Azərbaycanın normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

Paylaş: