teqdim 1

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

1
3
4
5
6
7
8
9

X X X

Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Fərhad Xəlilov!

    Sizi – müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

    Siz Azərbaycan mədəniyyətinin inkişafına xüsusi töhfələr vermiş sənətkarlardansınız. Mahir fırça ustası olaraq müxtəlif janr və mövzularda yaratdığınız boyakarlıq və qrafika əsərləri forma rəngarəngliyi, kompozisiya həlli, estetik mükəmməlliyi və ideya-bədii dəyəri ilə seçilir. Yurdumuzun əsrarəngiz təbiətini, xüsusən Abşeron mənzərələrini əks etdirən tablolarınız milli boyakarlıq irsini zənginləşdirən dəyərli sənət nümunələridir.

    Ölkəmizdə və onun hüdudlarından kənarda təşkil olunmuş sərgilərdə, muzey və qalereyalarda nümayiş etdirilən əsərlərinizlə Siz Azərbaycan rəngkarlıq mədəniyyətini həmişə layiqincə təmsil etmiş, novator ruhlu sənətkar və eyni zamanda milli təsviri sənətimizin çoxəsrlik ənənələrinə sadiq istedadlı rəssam kimi tanınmışsınız.

    Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində göstərdiyiniz təşkilatçılıq bacarığı və yeni dövr rəssamlar nəslinin formalaşmasında uzunmüddətli təqdirəlayiq səmərəli fəaliyyətiniz yüksək qiymətləndirilmişdir.

    İnanıram ki, Siz sənətinizin pərəstişkarlarını bundan sonra da yeni-yeni əsərlərlə sevindirəcək, milli mədəniyyətimizin inkişafı üçün var qüvvənizi əsirgəməyəcəksiniz.

    Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram”.

    X X X

    Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib.

    Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Bu orden ona Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə verilib.

    Paylaş: