Zaqatala Rayon Polis Şöbəsində kadr dəyişikliyi oldu

Zaqatala Rayon Polis Şöbəsində kadr dəyişikliyi oldu

Zaqatala Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.

Globalinfo.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis baş leytenantı Elşən Ramazanov Zaqatala Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, E.Ramazanov bundan əvvəl elə Zaqatala Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib.