TRTY

Ələt-Astara magistral yolunda avtomobil yanıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yolun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” mikroavtobusu qəfil alışıb. Hadisə nəticəsində avtomobil tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Avtomobildəki şəxslərin Masallı rayonundan hüzur mərasimindən qayıtdıqları bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: