ABŞ Ukraynada müharibənin başa çatdırılması və tərəflər arasında razılaşmanın əldə olunması məqsədilə yeni təkliflər paketi üzərində işləyir.
Globalinfo.az xəbər verir ki, planın əsas istiqamətlərindən biri Donbasda demilitarizasiya zonasının yaradılmasıdır.
Təkliflərə əsasən, Moskva üçün Qərbin sanksiyalarının yumşaldılması, ABŞ şirkətləri ilə iqtisadi əməkdaşlıq sazişlərinin imzalanması və Vaşinqtonla münasibətlərin normallaşdırılması imkanları nəzərdə tutulur.
Kiyevə isə NATO-ya üzvlük iddiasından geri çəkilməsi müqabilində investisiyaların cəlb edilməsi və Avropa İttifaqına üzvlük perspektivinin təmin olunması təklif edilir.
Mümkün razılaşma çərçivəsində Rusiyadan Avropaya qaz tədarükünün bərpası və “Şimal axını” qaz kəmərinin yenidən fəaliyyətə başlaması məsələlərinin də müzakirə olunduğu bildirilir.