korrupsiyaya qarshi mubarize idaresi bkk 060622 1

Quba Olimpiya Kompleksinin vəzifəli şəxsləri həbs edilib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Quba Olimpiya İdman Kompleksində əməliyyat keçiriblər.

Nəticədə kompleksin direktoru Orucov Rəşid Aftandiloviç və mühasib Şirinov Vidadi İlqar oğlu saxlanılıblar. Məlumata əsasən, onların yarım milyon manata yaxın mənimsəmədə təqsirli bilinirlər.

Hər iki şəxs barəsində oktyabrın 19-da Binəqədi rayon Məhkəməsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Belə ki, R. Orucov və V. Şirinov dekabrın 19-dək həbsdə qalacaqlar.

Əldə etdiyimiz xəbərə görə, onların barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə, xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Məlumatı Baş Prokurorluğun mətbuat xidmətindən təsdiqləyiblər.

***09:45

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.

Globalinfo.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla “Azəridmanservis” MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.

Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.

R.Orucov və V.Şirinov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş: