1770757627 1769944942 zelenskii 900x600 2

ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn Rusiya ilə münaqişəyə son qoymaq üçün Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifəsindən getməli olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Substack” platformasındakı məqaləsində yazıb.

Flinnin sözlərinə görə, Ukrayna rəhbərliyi öz xalqının iradəsini nəzərə almalı, ABŞ və Avropa İttifaqı isə Zelenskiyə dərhal ölkədə seçkilər keçirməsi üçün təzyiq göstərməlidir.

Keçmiş müşavir qeyd edib ki, Zelenski Ukraynanı gələcəyə apara biləcək lider deyil və onun hakimiyyətdə qalması artıq yüz minlərlə insanın həyatına son qoymuş müharibənin daha da uzanması riski yaradır.

Flinn vurğulayıb ki, Ukraynanın yeni prezidenti Rusiya ilə fərqli bir dialoq qura, müvəqqəti atəşkəsdən davamlı sülhə keçid müzakirələrini apardığı strategiyanı dəyişə bilər.

O, ukraynalıların müharibədən tükəndiyini bəyan edərək, ölkənin daha ağlabatan, ehtiyatlı və strateji cəhətdən səriştəli bir rəhbərə ehtiyacı olduğunu diqqətə çatdırıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: