ABŞ-a məxsus “Bombardier Artemis II” kəşfiyyat təyyarəsi Kalininqrad vilayətinin ətrafında təxminən beş saat uçuş həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat verib.
Bildirilib ki, Rumıniyanın Konstansa şəhərindəki aerodromda yerləşən təyyarə Polşa və Litvanın hava məkanında, həmçinin Baltik dənizinin neytral suları üzərində təxminən 12 kilometr yüksəklikdə uçub.
Qeyd edək ki, sentyabrın sonunda da ABŞ-a məxsus “Bombardier Artemis II” kəşfiyyat təyyarəsi bir neçə saat ərzində Kalininqrad vilayətinin ətrafında dövrə vurub.
Təyyarə ABŞ-ın “Leidos” şirkəti tərəfindən radiolokasiya kəşfiyyatı məqsədilə biznes təyyarəsi əsasında yenidən təchiz edilib.
Avqust ayında isə NATO-ya məxsus kəşfiyyat dronu baza ilə əlaqəni itirdikdən sonra Qara dəniz üzərində dövrə vurub. Dron Bolqarıstan ərazisində olarkən transponderini aktivləşdirib. Ehtimal olunur ki, aparat alyansın Siciliya adasında yerləşən hərbi-dəniz aviasiya bazasından havaya qalxıb.
Bundan əvvəl də NATO-ya məxsus kəşfiyyat dronu Qara dəniz üzərində əlaqəni itirib.
Əliyar Xəlil
Globalinfo.az