“Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhəri Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların təşkili üçün mümkün məkan kimi nəzərdən keçirilir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov bildirib ki, Əbu-Dabi müharibənin bitməsi üçün danışıqların keçirilməsi baxımından uyğun variant kimi dəyərləndirilir:
“Hazırda biz bu məsələ ilə bağlı danışırıq”.
Peskov görüş zamanı hər hansı sənədin hazırlanıb-hazırlanmamasının nəzərdə tutulması ilə bağlı suala, “Buna ehtiyac yoxdur”, – deyə cavab verib.
Əliyar Xəlil
Globalinfo.az