Bakıdakı Mərkəzi Klinikada ağır xəstəyə meyitdən ürək transplantasiyası həyata keçirilib.
Globalinfo.az bildirir ki, Modern.az-ın məlumatına görə, əməliyyata tanınmış kardioloq-cərrah Kamran Musayev rəhbərlik edib.
Artıq xəstənin evə yola salındığı bildirilir.
Kamran Musayev donorun ailəsinə – verdikləri humanist qərarla orqan çatışmazlığından əziyyət çəkən bir neçə insana yaşamaq ümidi bəxş etdiklərinə görə təşəkkür edib.
Bu o deməkdir ki, metitin digər orqanları da orqan çatışmazlığından əziyyət çəkən xəstələrə transplantasiya edilib.