putin 2 900x600 2

Rusiya Prezidenti Vladimir Putin Yuri Trutnevi baş nazirin müavini və Uzaq Şərq Federal Dairəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi vəzifələrindən azad edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.

Qərarə əsasən, Trutnev prezidentin köməkçisi təyin olunub.

Məlumata görə, Trutnevin tutduğu vəzifələrə Oleq Kojemyako gətirilib. Onun namizədliyi oktyabrın 21-də Rusiya Dövlət Duması tərəfindən təsdiqlənib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: