z8

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində 2026-cı il oktyabrın 21-də İtaliyanın Milan şəhərində növbəti sərgi keçirilib.

Globalinfo.az-ın xəbərinə görə, ziyarətçilərə məlumat verilib ki, Ermənistan və Azərbaycan arasında münaqişə başa çatsa da, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükə davam edir və bu, davamlı sülhə ziyan vurur. Ermənistan Azərbaycan qarşısındakı öhdəliklərinə əməl etməli, dəqiq mina xəritələrini təhvil verməlidir.

Aksiya böyük maraqla qarşılanıb.

Kampaniya çərçivəsində bu il oktyabrın 5-də İsveçrənin Cenevrə, oktyabrın 7-də Çexiyanın Brno, oktyabrın 9-da Sloveniyanın Lyublyana, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo, oktyabrın 13-də Xorvatiyanın Zaqreb, oktyabrın 15-də Avstriyanın Salzburq, oktyabrın 17-də İtaliyanın Roma şəhərlərində silsilə fotoekspozisiyalar keçirilib.
“Gilavar Foto Klubu” İctimai Birliyi Azərbaycanın QHT Agentliyi və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

Qeyd edək ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələri də Avropada Ermənistana qarşı etiraz aksiyalarına başlayıb.

2026-cı il oktyabrın 20-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında və oktyabrın 21-də “Schuman” meydanında bir qrup azərbaycanlı itkin ailəsi aksiyalar keçirib.

Qeyd olunub ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4.010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Hər rəqəmin arxasında bir insan həyatı, cavabsız qalan suallar dayanır. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilərBir mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs, velosiped, küçə və mətn şəkili ola bilərBir palto və papaq şəkili ola bilərBir bir və ya daha çox şəxs, kütlə və mətn şəkili ola bilər

Paylaş: