Tramp 1

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin həlli istiqamətində irəliləyiş əldə olunduğu bir vaxtda yanlış addım atmaq istəmədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən görüş zamanı danışıb.

“Konfliktin sonuna yaxınlaşdıqca etmək istədiyim son şey hər şeyi alt-üst etməkdir. Etmək istədiyimiz son şey dəhşətli bir şey etməkdir”, – deyə ABŞ lideri vurğulayıb.

Tramp onu tənqid edən şəxslərə də münasibət bildirib. O qeyd edib ki, tənqidçilərinə təslim ola bilərdi, lakin bu halda Rusiyada məhkum edilmiş ABŞ vətəndaşı Stiven Habbardın azadlığa buraxılması və vətəninə qayıtması mümkün olmaya bilərdi. Trampın sözlərinə görə, Habbard Rusiyada daha 20 il həbsdə qala bilərdi.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukraynanın neft emalı zavodlarına hücumlarına cavab veriləcəyini bəyan edib. O, həmçinin logistika və enerji obyektlərinə qarşı hücumların cavabsız qalmayacağını bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: