bALON DIR QIZIL TOP 1

“Qızıl top” mükafatı uğrunda səsvermənin başa çatdığı bildirilir. Mükafatın qalibinin oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə elan olunacağı gözlənilir.

Globalinfo.az xəbər verir ki, “Winna FC” səhifəsi səsvermənin qalibi kimi “Bayern” klubunun və İngiltərə millisinin hücumçusu Harri Keynin adını açıqlayıb.

Səhifənin paylaşımında Keynin mükafatı qazanması barədə məlumatlandırıldığı və onunla fotosessiyanın təşkilinin planlaşdırıldığı iddia edilib.

Bununla belə, yayılan məlumatın etibarlılığı şübhə doğurur. Səhifənin təxminən 250 min izləyicisi olsa da, iddianı təsdiqləyən etibarlı mənbə göstərilməyib.

Qeyd edək ki, son illərdə “Qızıl top”un təşkilatçıları qalibin adını mükafatlandırma mərasiminədək gizli saxlamağa üstünlük verirlər. Buna görə də Harri Keynin qalib elan olunması ilə bağlı məlumat hələlik təsdiqlənməyib.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: