Rusiya ordusu sutka ərzində ikinci qırıcı təyyarəsini itirib. Oktyabrın 21-də baş verən aviasiya qəzası nəticəsində “Su-30SM” tipli hərbi təyyarə qəzaya uğrayıb, iki nəfərlik ekipaj üzvü həlak olub.
Globalinfo.az xəbər verir ki, təyyarə tapşırığı yerinə yetirərkən qəzaya uğrayıb.
Bu, Rusiya ordusunda son sutka ərzində qeydə alınan ikinci belə ağır aviasiya qəzasıdır.
Hadisənin dəqiq baş vermə yeri və qəzanın səbəbləri dəqiqləşdirilir.
Xatırladaq ki, “Su-30SM” ikiyerli, çoxməqsədli qırıcı təyyarə olub, havada üstünlük əldə etmək və yerüstü hədəflərə zərbələr vurmaq üçün nəzərdə tutulub. Bundan əvvəl isə Kalininqrad vilayətində digər bir “Su-30SM” hərbi təyyarəsinin qəzaya uğradığı bildirilib.
Əliyar Xəlil,
Globalinfo.az