Tramp Netanyahu34 900x653 1

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə danışıqlar zamanı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasını tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Bildirilib ki, Baş nazir başladılan işi sona çatdırmağın vacibliyini vurğulayıb:

“ABŞ Prezidenti Donald Tramp İsrail tərəfinə bildirib ki, Vaşinqton noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərə qədər gərginliyi artıracaq addımlar atmayacaq”.

Qəzet mənbələrə istinadən qeyd edir ki, İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ilə bağlı müzakirələr Tehranı güzəştlərə məcbur etmək və ona təzyiq göstərmək məqsədi daşıyan taktika da ola bilər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: