ABŞ-ın Ukraynaya hərbi və siyasi dəstəyini tamamilə dayandırması Kiyevi Rusiya ilə atəşkəsə və ya Moskvanın şərtləri əsasında sülh sazişi imzalamağa məcbur edə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə avstriyalı hərbi analitik Markus Reisner bildirib.
Ekspertin fikrincə, Vaşinqtonun Kiyevlə münasibətləri kəsməsi və yardımı dayandırması Ukraynanın Rusiyaya qarşı müqavimət imkanlarını ciddi şəkildə zəiflədə bilər. Belə olan halda, Kiyevin atəşkəsə razılaşmaqdan və ya Rusiyanın irəli sürdüyü şərtləri qəbul etməkdən başqa seçimi qalmaya bilər.
Reisner Ukrayna Prezidenti Volodimir Zelenskinin də ABŞ-ın dəstəyinin ölkəsi üçün əhəmiyyətini dəfələrlə vurğuladığını xatırladıb.
Analitik, həmçinin Starlink peyk rabitəsi sisteminin fəaliyyətinin dayanmasının cəbhədə ciddi nəticələrə səbəb ola biləcəyini və Ukrayna müdafiəsinin çökməsi riskini artıracağını istisna etməyib.
Tahir Turan
Globalinfo.az