Fransada ötən həftəsonu baş verən zorakılıq və talan hadisələrindən sonra hökumət oktyabrın 24-də keçirilməsi gözlənilən nümayişlər zamanı təhlükəsizlik tədbirlərini gücləndirməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, ölkənin daxili işlər naziri Loran Nunez nümayişlər zamanı hərbçilərin polis və jandarma ilə birgə yerləşdiriləcəyini bildirib.
Onun sözlərinə görə, hərbçilər əsasən sabit nəzarət məntəqələrində xidmət aparacaq, polis və jandarma isə izdihamı nəzarətdə saxlamağa diqqət yetirəcək.
Nazir bildirib ki, yeni nümayişlərdən əvvəl ictimai asayişin qorunması üçün üç əsas istiqamət nəzərdən keçirilir. Birinci istiqamət ictimai asayişi pozmaq riski daşıyan, əvvəlcədən elan edilməmiş nümayişlərin qadağan olunmasıdır.
Nunezin sözlərinə görə, təşkilatçılar və ya təhlükəsizlik qrupları nümayişin nəzarətdən çıxmayacağına dair kifayət qədər təminat verə bilməsələr, tədbirlərin keçirilməsi qadağan edilə bilər.
Qeyd olunur ki, hökumətin əsas məqsədi qarşıdan gələn nümayişlər zamanı mümkün zorakılıq hallarının və talanların qarşısını almaq, ictimai təhlükəsizliyi təmin etməkdir.
Tahir Turan
Globalinfo.az