Türkiyə regional və sərhəd təhlükəsizliyinin təmin olunması üçün zəruri şərtlər yerinə yetirilənədək İraq və Suriyadakı hərbi qüvvələrini geri çəkməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər AFP agentliyinə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, regional və sərhəd təhlükəsizliyi baxımından zəruri şərtlərin təmin olunduğu qənaətinə gəldikdən sonra Türkiyənin bölgədəki hərbi bazalarının və mövcudluğunun statusuna yenidən baxılacaq.
Agentliyin məlumatına görə, Türkiyə uzun illərdir Kürdüstan Fəhlə Partiyasından (PKK) və İŞİD terror qruplaşmasından qaynaqlanan təhdidlərin qarşısını almaq məqsədilə Suriyanın və İraqın şimalında hərbi qüvvələr saxlayır.
Yaşar Gülərin sözlərinə görə, Suriyada Bəşər Əsəd rejiminin süqutundan və yeni hökumətin hakimiyyətə gəlməsindən sonra Ankara Suriya hakimiyyəti ilə sıx əməkdaşlıq və koordinasiya qurub.
Nazir əlavə edib ki, Türkiyə hərbçiləri hazırda Suriya ordusunun imkanlarının gücləndirilməsinə və ölkənin sərhəd təhlükəsizliyinin təmin olunmasına diqqət yetirirlər.
Əliyar Xəlil