XIN 11

“Fransada son günlər iğtişaşların, zorakılıq hallarının və vətəndaş itaətsizliyi faktlarının geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərə isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur”.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda Fransada olan Azərbaycan vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur.

Hər hansı fövqəladə vəziyyət yaranarsa, vətəndaşlarımızın Azərbaycanın Fransadakı səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları tövsiyə edilir:

Azərbaycan Respublikasının Fransadakı səfirliyi

Ünvan: 78, avenue d”Iéna, Paris, 75116

E-poçt ünvanları:

[email protected]

[email protected]

[email protected]

Əlaqə nömrələri:

+33 (0) 1 44 18 60 20

+33 (0) 1 44 18 60 23

Qaynar xətt: +33 (6) 74740398 (“WhatsApp”)

Paylaş: