holostenko

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb.

Globalinfo.az bildirir ki, bu barədə AMADA-dan məlumat verilib.

Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb.

Sanksiya avqustun 31-dən qüvvəyə minib.

Qeyd edək ki, Daniel Holostenko yeniyetmə və gənclər arasında 7 dəfə Azərbaycan çempionu olub.

Paylaş: