***15:24
Xəbər verdiyimiz kimi, Ermənistana keçən Azərbaycan əsgəri Nəsimi Musayevin yaralı vəziyyətdə görüntüləri yayılıb.
Globalinfo.az xəbər verir ki, yayılan kadrlarda Nəsiminin başının bintlə sarıldığı, sinəsində qan ləkələrinin olduğu və axsayaraq hərəkət etdiyi görünür.
Xatırladaq ki, daha əvvəl Nəsimi Musayevin Ermənistana keçdiyi və orada bir qadının hücumuna məruz qalaraq xəsarət aldığı bildirilirdi. Son kadrlar baxanda ehtimal etmək olur ki, Nəsimi o qadının hücumundan əlavə də şiddətə məruz qalıb. Ona kənd sakinləri tərəfindən fiziki xəsarətlər yetirildiyi güman olunur.
N.Musayevin hazırkı vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib. Onun İrəvanda müalicə aldığı bildirilir.
Qeyd edək ki, bu vaxta qədər erməni mediası və bəzi ekspertləri Nəsimi Musayevi az qala diversant kimi təqdim etməyə çalışırdılar. Lakin kadrlardan da görünür ki, Nəsimi silahlı olmasına baxmayaraq ona hücum edənlərə atəş açmayıb.
Əliyar Xəlil
Globalinfo.az
