“Müharibənin nizamlanması ilə bağlı danışıqlar masasına Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski oturacaqlar”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiyanın sabiq prezidenti Aleksandr Vuçiç jurnalist Kseniya Sobçakla müsahibəsində deyib.
O qeyd edib ki, həmin vaxt tərəflərdən birinin əhəmiyyətli üstünlüyü olacaq:
“Rusiya tərəfdən də, Ukrayna tərəfdən də çox qan tökülüb. Bu, hər iki liderdə şəxsi və emosional münasibətlərin formalaşmasına səbəb olur”.
Hansı tərəfin üstünlüyə malik olacağı ilə bağlı suala, Vuçiç belə cavab verib:
“Bu barədə öz fikrim var, amma onu açıqlamayacağam”.
Bu zaman Vuçiç Sobçaka gülümsəyib.
Əliyar Xəlil
Globalinfo.az