“Bu seçkilərdə nələrin risk altında olduğunu görmək istəyirsinizsə, vaxtilə böyük dövlət olan Fransada baş verənlərə baxın”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdən danışarkən deyib.
O, demokratların qələbə qazanacağı təqdirdə ölkəni Fransanın taleyinin gözlədiyini vurğulayıb.
“Bu ölkəni xristianlığa və açığını desək, Qərb sivilizasiyasının özünə nifrət edən miqrantlar, cihadçılar və kommunistlər zəbt edir, talan edir və yandırırlar”, – deyə Tramp, Kanzasda keçirilən mitinqdə bildirib.
Ağ Ev rəhbəri eyni hadisələrin ABŞ-da baş verməsinə imkan verməyəcəyini də bildirib.
Əliyar Xəlil
Globalinfo.az