pasinyan 78

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə qorxu mühitinin hökm sürdüyü ilə bağlı iddialara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, canlı yayımda dünənki paylaşımından danışaraq, bu gün bununla bağlı üç məktub aldığını deyib.

Paşinyan qeyd edib ki, qanunsuz təzyiqlərlə üzləşən vətəndaşların hüquqlarını qorumaq onun siyasi öhdəliyidir.

“Lakin belə hallardan xəbərim olmasa, ya da vətəndaşlar hadisələrlə bağlı danışmasa, müvafiq addımların atılması çətindir. Əsas məqsəd Ermənistanda demokratiyanı daha da inkişaf etdirmək və ölkədə antidemokratik idarəçiliyin qurulmasına imkan verməməkdir. Ermənistanda qorxu mühitinin hökm sürdüyünün deyilməsi mənim üçün problemdir”, – deyə baş nazir qeyd edib.

Xatırladaq ki, dünən Nikol Paşinyan yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak edən namizədləri və seçiciləri qanunsuz təzyiqlərlə üzləşdikləri təqdirdə, bu barədə ona elektron poçt vasitəsilə müraciət etməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: