ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması istiqamətində kifayət qədər səy göstərməməkdə ittiham edib.
Globalinfo.az xəbər verir ki, “CBS News”un məlumatına görə, Tramp bu barədə danışarkən Zelenskinin münaqişənin həlli prosesinə ciddi töhfə vermədiyini bildirib.
“Düzünü desəm, Zelenski məsələlərə o qədər də kömək etmir”, – deyə ABŞ lideri qeyd edib.
Tramp daha əvvəl də Ukrayna prezidentinin Rusiya ilə münaqişəni başa çatdırmaq istəmədiyini iddia etmişdi. O, həmçinin iki il əvvəl Zelenskinin daha əlverişli razılaşma əldə etmək imkanının olduğunu düşündüyünü bildirmişdi.
Tahir Turan
Globalinfo.az