images 6

İtaliyanın müdafiə naziri Gvido Krosetto ölkə əhalisinin əksəriyyətinin Ukraynaya yardım göstərilməsini dəstəkləmədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazir BBC-yə müsahibəsində danışıb. Bununla belə, Roma hökuməti ictimai rəydən asılı olmayaraq Kiyevə dəstəyi davam etdirmək niyyətindədir.

Krosettonun sözlərinə görə, Ukraynaya hərbi və digər yardımların göstərilməsi münaqişənin sülh yolu ilə həllinə mane olmur. O vurğulayıb ki, hökumət qəbul etdiyi qərarları yalnız ictimai rəy əsasında müəyyənləşdirməməlidir.

Nazir qeyd edib ki, İtaliya indiyədək Ukraynaya 12 yardım paketi təqdim edib. Onun sözlərinə görə, Kiyev ilin sonunadək Romadan daha bir yardım paketi ala bilər.

Xatırladaq ki, İtaliyanın Baş naziri Corcia Meloni də daha əvvəl parlamentdə çıxışı zamanı Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Ukraynanın təslim olması Avropada sülhün təmin olunmasına gətirib çıxarmayacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: