rubio 1 900x600 2

ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna münaqişəsinə son qoymağı hələ də əsas prioritetlərindən biri hesab edir. Danışıqlar indiyədək gözlənilən nəticəni verməsə də, Vaşinqton bu məqsəddən geri çəkilmək niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Rubionun sözlərinə görə, ABŞ son iki il ərzində hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün dəfələrlə cəhd göstərib. O qeyd edib ki, Tramp münaqişənin başa çatmasına kömək etmək üçün zəruri olan bütün addımları atmağa hazırdır.

Dövlət katibi Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaların müvəqqəti dayandırılması məsələsinə də toxunub. Onun sözlərinə görə, Vaşinqton sözügedən addımla Moskva və Kiyevlə aparılan danışıqların nəticə verib-verməyəcəyini və bununla daha bir il davam edəcək dağıdıcı münaqişənin qarşısının alınıb-alınmayacağını qiymətləndirmək istəyib.

Rubio münaqişəni mürəkkəb və uzunmüddətli proses kimi xarakterizə edib. O bildirib ki, tərəflərdən heç biri həlledici üstünlük əldə edə bilməyib, eyni zamanda hər iki tərəf ciddi itkilər verir.

Dövlət katibinin fikrincə, sülh sazişinin əldə olunması üçün həm Rusiya, həm də Ukrayna müəyyən güzəştlərə getməyə hazır olmalıdır.

Rubio, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonla Kiyev arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması ilə bağlı iddialarını təkzib edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: