4iStock 679524826

Qripə yoluxaraq sağalan şəxslərin də yenidən peyvənd olunmasına ehtiyac yarana bilər.

Globalinfo.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bunu həkim Mixail Lebedev bildirib.

Onun sözlərinə görə, qripdən sonra yaranan təbii immunitet virusun bütün ştammlarına qarşı qorunma təmin etmir.

Həkim qeyd edib ki, xəstəlikdən sonra orqanizmdə əsasən yoluxmaya səbəb olan ştamma qarşı immunitet yaranır. Lakin qrip virusunun digər variantları da insan sağlamlığı üçün risk olaraq qalır.

Lebedevin sözlərinə görə, qrip peyvəndinin tərkibində virusun dörd aktual ştammı yer alır. Peyvənd olunmaq immun sisteminin həmin ştammlara qarşı müdafiə yaratmasına kömək edir.

Əliyar Xəlil, 

Globalinfo.az

Paylaş: