Tramp 1

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı siyasəti öz partiyasında narazılıq yaradıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Məlumata görə, Vaşinqton administrasiyası Moskvaya qarşı daha sərt mövqe tutmasa, o zaman Nümayəndələr Palatasındakı bəzi respublikaçılar Pentaqona 350 milyard dolların ayrılmasına mane ola bilər.

Nəşr yazır ki, Tramp administrasiyası noyabrda keçiriləcək aralıq seçkilərdən sonra Konqresdən əlavə vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsinin təsdiqinə nail olmağa çalışır. Lakin respublikaçıların bir qismi prezidentin Rusiya ilə bağlı son qərarlarından narazıdır və Moskvaya qarşı sanksiya təzyiqinin gücləndirilməsini tələb edir.

Narazılığa səbəb olan məsələlər arasında Rusiyadan dizel yanacağının tədarükü ilə bağlı razılaşmalar, eləcə də Ukraynanın ABŞ-ın peyk sistemlərindən istifadəsinə qoyulan məhdudiyyətlər barədə məlumatlar var. Bəzi respublikaçılar Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və Ukraynaya dəstəyi məhdudlaşdıran qərarların ləğvini istəyirlər.

Respublikaçı konqresmen Don Beykon xəbərdarlıq edib ki, administrasiya mövqeyini dəyişməsə, qanunvericilər seçkilərdən sonra Trampın digər təşəbbüslərini dəstəkləməyəcəklər.

Bu arada, ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqon üçün əlavə 350 milyard dollar vəsait ayrılmasına çalışır. Bu maliyyələşdirmə ABŞ-ın müdafiə büdcəsini 1,5 trilyon dollara çatdırmağı nəzərdə tutan daha geniş planın tərkib hissəsi olmalıdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: