
Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, hadisə oktyabrın 18-i axşam saatlarında baş verib. Həlak olanların əksəriyyəti yük maşınları ilə evlərinə qayıtmaq üçün nəqliyyat gözləyən şəxslər olub. Hücum nəticəsində yaralanan 47 nəfər isə yaxınlıqdakı yaşayış məntəqəsinə aparılıb.
Bundan başqa, bazar ertəsi Xartum hava limanının şərqində yerləşən Naser-Ekstenşn rayonunda bir yaşayış evinə PUA zərbəsi endirilib. Hadisə nəticəsində dörd nəfər, o cümlədən 2–6 yaşlarında üç uşaq ölüb.
Sudan ordusundakı mənbənin bildirdiyinə görə, hərbi hava hücumundan müdafiə qüvvələri Xartum hava limanına və ətraf ərazilərə hücum etməyə çalışan PUA-nı vurub. Mənbə pilotsuz aparatın Çevik Reaksiya Qüvvələrinin hərbiləşdirilmiş birləşmələri tərəfindən buraxıldığını bildirib.
Əliyar Xəlil,