Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Anar Məhərrəm oğlu Bayramov Azərbaycanın səhiyyə naziri təyin edilib.
Globalinfo.az xəbər verir ki, yeni təyin olunmuş nazir bu gün Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub. Yeni naziri kollektivə Baş nazirinin müavini Teymur Musayev təqdim edib.
Qeyd edək ki, dövlət başçısının “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.




