Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Azərbaycan uşaqlarının 5-ci Ümumrespublika forumunun iştirakçısı, Samux rayon İnstitut qəsəbə tam orta məktəbin 11-ci sinif şagirdi Gülçin Cəfərova FLEX (Future Leaders Exchange) proqramının finalisti seçilib.
Globalinfo.az xəbər verir ki, G.Cəfərova Birləşmiş Ştatlarda 1 illik akademik təhsil almaq hüququ qazanıb.
Qeyd edək ki, ABŞ dövləti tərəfindən maliyyələşdirilən bu proqrama hər il dünyanın dörd bir yanından 30000 nəfərə yaxın şagird müraciət edir. Həmin şagirdlərdən yalnız 800-900 nəfəri seçilir. Azərbaycan isə bu proqrama 25 ildən çoxdur qoşulub və hər il 16-20 şagird proqramda iştirak etmək hüququ qazanır.
Zaira Akifqızı
Globalinfo.az