Fransa Prezidenti Emmanuel Makron daxili işlər naziri Loran Nunesin istefasını qəbul etməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Yelisey sarayından məlumat verilib.
Bildirilib ki, bu qərar mövcud şəraitdə hüquq-mühafizə qüvvələrinin fəaliyyətində fasiləsiz idarəetmənin təmin edilməsi zərurəti ilə bağlıdır.
Məlumata görə, oktyabrın 17-də Fransanın bir neçə böyük şəhərində baş verən zorakılıq hadisələrindən sonra Nunes dövlət başçısına istefa ərizəsi təqdim edib. Lakin Makron onun vəzifəsində qalmasını istəyib.
Bazar ertəsi səhər yayılan rəsmi bəyanatda bildirilib ki, prezident daxili işlər nazirinə talan və dağıntılarda iştirak edən şəxslərə qarşı yeni tədbirlərin mümkün qədər qısa müddətdə tətbiq olunmasını tapşırıb.
Yelisey sarayı qərarın əsas səbəbi kimi hazırkı vəziyyətdə asayiş qüvvələrinə rəhbərliyin fasiləsiz davam etdirilməsini göstərib.
***09:31
Fransanın daxili işlər naziri Loran Nunyes ölkə Prezidenti Emmanuel Makrona istefa ərizəsini təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Loran Nunyes istefa ərizəsini oktyabrın 17-də Fransada qiymət artımına və təhsil xərclərinə qarşı keçirilən, daha sonra kütləvi iğtişaşlar, talanlar və polis rəsmiləri ilə şiddətli qarşıdurmalarla müşayiət olunan genişmiqyaslı etiraz aksiyalarından sonra təqdim etmişdi. Maraqlı tərəflər və müxalifət kəsimi təhlükəsizlik qüvvələrinin hazırlıqsızlığını kəskin tənqid edərək nazirin istefasını tələb edirdi.
Safura Bənnayeva
Globalinfo.az