WhatsApp Image 2026 10 18 at 22.15.55

Müsəlman Birliyi Hərəkatının Almaniyada keçirdiyi aksiya Azərbaycana qarşı qaralama kampaniyasının növbəti nümunəsi kimi diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, aksiyada Azərbaycan himninin səsləndirilməsi və bayraqlarının qaldırılması ilə yanaşı İran bayraqlarının da nümayiş etdirilməsi, plakatlarda fars dilində yazıların yer alması tədbirin mahiyyəti ilə bağlı ciddi suallar doğurur.

Aksiyada iştirak edənlər arasında Nardaran sakini, Müsəlman Birliyi Hərəkatının üzvü və təşkilatın Avropadakı, o cümlədən Almaniyadakı fəallarından biri kimi təqdim edilən Ələmdar Bünyadov da olub.

Azərbaycanla bağlı aksiyada İran bayraqlarının nümayiş etdirilməsi bu təxribatın gerçək mahiyyətini, sifarişin haradan gəldiyini əyani şəkildə gözlər önünə sərir. Sözügedən şəxslərin Azərbaycanın müqəddəs milli simvollarından siyasi məqsədlərlə istifadə etməsi birmənalı qarşılana bilməz.

İctimai-siyasi müstəvidə Müsəlman Birliyi Hərəkatının bəzi üzvlərinin, xüsusilə də Ələmdar Bünyadovun İranla əlaqələri və mümkün təsir mexanizmlərində iştirakı ilə bağlı ciddi faktlar mövcuddur.

Aksiya zahirən “Azərbaycan vətənpərvərliyi” pərdəsi altında təqdim olunsa da, görüntülərdə Azərbaycan bayraqları ilə yanaşı İran bayraqlarının nümayiş etdirilməsi və farsdilli şüarlardan istifadə tədbirin əsl siyasi mahiyyətini – İran agenturasının sifarişi olduğunu sübuta yetirir.

Almaniya hakimiyyəti ölkədə fəaliyyət göstərən siyasi və dini təşkilatların fəaliyyətinə, radikal çağırışlara və mümkün təhlükəsizlik risklərinə hüquqi çərçivədə qiymət verməlidir.

WhatsApp Image 2026 10 18 at 23.23.55

Paylaş: