ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini yenidən həyata keçirməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “NBC News” telekanalına müsahibəsində danışıb.
O bildirib ki, Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsi müəyyən müddətə dayandırılsa da, hazırda proses bərpa olunub.
“Buna görə çox minnətdarıq. İndi hər şey işləyir”, – deyə Zelenski müvafiq suala cavabında qeyd edib.
Ukrayna lideri məlumat mübadiləsinin nə vaxt bərpa edildiyini açıqlamayıb.
O, həmçinin gələn həftə ABŞ nümayəndələri ilə danışıqların keçirilməsinə ümid etdiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az