p 2

Yunanıstanın şimal-şərqində yerləşən Piyeriya bölgəsində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, iki pilot həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “ERT-News” məlumat yayıb.

Bildirilib ki, təyyarə Piyeriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında aşkarlanıb.

Qəza nəticəsində yanğın baş verməyib.

Hadisə yerinə səkkiz yanğınsöndürən cəlb olunub.

Onlar təyyarədə olan hər iki pilotun öldüyünü müəyyən ediblər.

Qəzanın səbəbləri araşdırılır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: